Ru
14:30 / 15 Dekabr 2025

“İndi əsəbdən ölürəm” – Niyaməddin Musayev – VİDEO

“İndi əsəbdən ölürəm” – Niyaməddin Musayev – VİDEO
Eye

Niyaməddin Musayev "Elişko" ləqəbli aktyor Elşən Orucovun paylaşdığı videoya münasibət bildirib.

Bakupost.az pravda.az-a istinadla xəbər verir ki, Xalq artisti yayılan videonun ondan xəbərsiz paylaşıldığını deyib.

O qeyd edib ki, “Locco” mahnısını zümzümə etməyib: "O sözü də mənə dedizdiriblər, düzəldiblər ki, guya mən oxumuşam. “Locco” avropa mahnısıdır. Mən heç bilmirdim nədir, sonradan dedilər mənə.

Aparıcı mənə dedi “Locco” de, mən də dedim. Populyar mahnıdır, o da reklam edir. Bir o sözü dedim, bağlandı. Mahnının mənasını heç bilmirəm nədir. Heç oxumamışam da.

Reytinq qazanmaq üçün özlərindən iş qurublar. Mənim saytda gedənlərdən də xəbərim yoxdur. Səhv edirsən bir verilişə gedirsən, daha televiziya verilişlərinə getmərəm. Çünki belə dəhşət şeylər lazım deyil. Xalqı niyə aldadırsınız? Bu, mənim sənətimə, şəxsiyyətimə hörmətsiz yanaşmaq deməkdir. İnsanlar, əlbəttə, bunu mənə yaraşdırmazlar. Olmaz belə şeylər. Zarafat edirlər mənimlə, bu nə deməkdir? Yolverilməzdir.

Qətiyyən xəbərim yoxdur. Yalvardılar ki, orada iştirak edən adamlar sizə görə gəliblər, siz də gəlin, Niyaməddin bəy. Ayıbdır belə etmək. Düşünməmiş hərəkətlər edirlər. Mən birinci dəfədir o adamın verilişini görürəm. Belə şeylər edirlər ki, gündəmə gəlsinlər, ayıbdır. Utanmırlar, qızarmırlar. Mən o mahnını oxuyanam? Neçə dəfə mənə dedi “locco” de. Əsəbdən ölürəm. Cəmiyyət içində məni nüfuzdan salmaq istəyirlər. Tənqid edənlər də düz edirlər”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar