Rusiya Böyük Britaniya səfirliyində çalışan bir diplomatı casusluq ittihamı ilə ölkədən çıxardığını açıqlayıb. Kremlin iddiasına görə, diplomat Böyük Britaniya kəşfiyyatına bağlıdır.
Bakupost.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada, Böyük Britaniyanın müvəqqəti işlər vəkili Danae Dholakiya nazirliyə çağırılaraq qərar ona çatdırılıb və diplomata ölkəni tərk etməsi üçün iki həftə vaxt verilib.
Rusiya XİN bəyan edib ki, Rusiya ərazilərində açıqlanmayan və xüsusi xidmətlərlə əlaqəli şəxslərin fəaliyyəti qəbuledilməzdir.
Hüquq və diplomatik mənbələr bildirirlər ki, diplomatın kəşfiyyatçı olması ilə bağlı ittiham Rusiya tərəfindən uydurulub. Bu addım Qərbin Moskvaya qarşı son siyasi və diplomatik addımlarına cavab olaraq atılıb. Qərar Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Moskvaya qarşı sanksiya və diplomatik təzyiqlərinə qarşı sərt siqnal vermək məqsədi güdür.
Cavid, BakuPost