Qarabağ Universitetinin "Beynəlxalq əməkdaşlıq və layihələrlə iş" şöbəsinə müdir təyin olunub.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Rektor Şahin Bayramovun müvafiq əmri ilə bu vəzifəyə İnsafəli Səmədov təyin edilib.
İ.Səmədov Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin idarə edilməsi (Menecment) üzrə magistr təhsili alıb.
Peşəkar fəaliyyətinə təhsil idarəçiliyi, biznes təlimçiliyi, beynəlxalq layihələr, konsaltinq və digər sahələrdə müxtəlif rəhbər vəzifələrdə davam edib.
İ.Səmədov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibidir.