Ru
12:39 / 06 May 2026

İran nüvə proqramından əl çəkir? - Trampın müharibə mesajının detalları

İran nüvə proqramından əl çəkir? - Trampın müharibə mesajının detalları
Eye

İran ətrafında müəmma bitmək bilmir. Danışıqlarda nəticə əldə edilməsə də, atəşkəsin uzadılması fonunda ABŞ və İsrail rəhbərliyindəki bəzi mənbələr Prezident Donald Trampın bu həftə İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini bəyan ediblər.

Politoloq Əlimusa İbrahimov Bakupost.az-a bildirib ki, İrana qarşı ABŞ və İsrailin müharibəsi bitməyib:

“Belədə əldə olunan atəşkəsin hər an pozula biləcəyi mümkündür. Bu barədə təkcə ABŞ və İsrail mətbuatı deyil İranın siyasi dairələri də müxtəlif informasiyalar ötürürlər. Müharibənin başlamasının an məsələsi kimi nəzərdən keçirilməsinə baxmayaraq, tərəflərin hərbi əməliyyatlara bir daha əl atmayacaqlarına olan ümidlər də hələ tam bitməyib”.

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə ABŞ münaqişənin davam etdirilməsində maraqalı görünmür:

“ABŞ rəsmiləri, Prezident Donald Tramp da daxil olmaqla, İranda qarşıya qoyduqları məqsədlərinə çatdıqlarını bəyan ediblər. İsrail tərəfindən isə fərqli fikirlər səsləndirilir. Orada müharibənin hələ davam etdiriləcəyi haqqında xəbərlər üstünlük təşkil edir. Nəticədə belə təəssürat yaranır ki, İsrail bu vaxta qədər əldə olunan nəticədən razı deyil. Bu da müharibənin davam etdiriləcəyi mənasına gəlir”.

Həmsöhbətimiz hesab edir ki, prosesin hansı istiqamətdə gedəcəyi nüvə proqramı məsələsində razılaşmanın əldə edilib - edilməyəcəyindən asılı olacaq:

“Bu sahədə İran tərəfindən son günlər bəzi güzəştlərin ediləcəyi barədə səsələr eşidilməkdədir”.
Politoloq düşünür ki, İrana növbəti zərbələrin endiriləcəyi ehtimalı çox aşağıdır:

“ABŞ atəşkəsə qədər apardığı hərbi əməlliyyatların zərurətini ictimaiyyə qarşısında əsaslandırmaqda çətinlik çəkir. Belədə müharibənin növbəti mərhələsi Tramp və Respublikaçılar Partiyası üçün daha ciddi sınaq ola bilər. Bütün bunları nəzərə alaraq İrana zərbələrin növbəti mərhələsinin başlaması ehtimalını zəif hesab edirəm”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar