İran rəhbərliyi 2022-ci ildə casusluqda şübhəli bilinərək saxlanılan iki Fransa vətəndaşını – Sesil Koler və Jak Parisi azad edib, bunun müqabilində Fransa Beynəlxalq Ədalət Məhkəməsindən iddiasını geri götürüb.
Bakupost.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Qeyd edək ki, Fransa vətəndaşları 2022-ci ilin mayında İslam Respublikasında saxlanılıblar. İran kəşfiyyatı onları müəllimlərin maaşlarının artırılması ilə bağlı etiraz aksiyaları zamanı iğtişaşlar təşkil etmək cəhdində şübhəli bilib. Qeyd olunur ki, Fransa konsulluq mühafizəsini təmin etmədiyi iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.