Ru
09:27 / 13 Mart 2026

İran savaşı Rusiyaya hər gün 150 milyon dollar qazandırır

İran savaşı Rusiyaya hər gün 150 milyon dollar qazandırır
Eye

Yaxın Şərqdə davam edən müharibə hər gün Rusiyaya əlavə 150 ​​milyon dollar neft gəliri gətirir.

Bakupost.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da yayımlanan araşdırmada deyilir.

Qeyd olunur ki, Hörmüz boğazının faktiki bağlanması Hindistan və Çinin Rusiya neftinə tələbatının artmasına və qiymətlərin yüksəlməsinə səbəb olub. Nəticədə Moskva artıq neft ixracından təxminən 1,3-1,9 milyard dollar gözlənilməz gəlir əldə edib.

FT-nin hesablamalarına görə, bu templə Rusiya büdcəsinə mart ayının sonuna qədər əlavə 3,3-4,9 milyard dollar gəlir daxil olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar