Ru
10:24 / 13 Mart 2026

Sığorta ilə bağlı YENİ MODEL - Pul kimlərə veriləcək?

Sığorta ilə bağlı YENİ MODEL - Pul kimlərə veriləcək?
Eye

Azərbaycan Mərkəzi Bankı “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Şirkətin adından da göründüyü kimi, qurum islam maliyyəsi prinsipləri əsasında – təkaful modeli üzrə fəaliyyət göstərəcək.

Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.

Ənənəvi sığorta ilə İslam sığortasının fərqi nədən ibarətdir?

Mövzu ilə bağlı danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, fərq böyükdür:

“Bu fərqin izahını vermək üçün bir misal çəkmək istəyirəm. Məsələn mən avtomobilimi 100 manata sığorta etdirmişəm. Sığorta müddətində heç bir qəza törətməmişəm. Belə olan vəziyyətdə ödədiyim pul sığorta şirkətinə qalır. Amma qəza törətdiyim halda şirkət pulu artıqlaması ilə qaytarır. İslam sığortasında isə belədir ki, məsələn 100 sürücü 100 manatdan sığorta şirkətinə pul ödəyir. Beləcə sığorta şirkətində 10 min manat vəsait toplanır.

İlin sonunda hazırlanan hesabatda qeyd edilir ki, 10 min manatın 3 min manatı sığorta şirkətinin xərcləri və qazancıdır. Qalan 7 min manatın bir hissəsi də il ərzində zərər görmüş avtomobillərin təmirinə xərclənir. Yerdə, məsələn 2 manat artıq vəsait qalsa, bu pul qəza törətməyən sürücülər arasında bərabər bölünür”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar