Ru
17:13 / 13 İyul 2026

Rusiyada müxalifət lideri saxlanıldı

Rusiyada müxalifət lideri saxlanıldı
Eye

Moskva polisi siyasətçi Boris Nadejdini saxlayaraq, onu polis bölməsinə aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə onun özü teleqram kanalında məlumat verib.
Həbsin səbəbi hələlik məlum deyil.

İyulun 10-da Rusiya Ədliyyə Nazirliyi Nadejdini "xarici agent" reyestrinə daxil edib. Agentlik bildirib ki, siyasətçi digər "xarici agentlər" və "arzuolunmaz" təşkilatların materiallarının yayılmasında iştirak edib, Rusiya hökumətinin qərarları haqqında "yalan məlumat" yayıb və "razılaşdırılmamış mitinq və piketlərdə iştirak etməyə çağırıb".

Qeyd edək ki, Boris Nadejdin özünü müharibə əleyhinə namizəd kimi təqdim edərək 2024-cü ildə Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürüb. Lakin Mərkəzi Seçki Komissiyası yüksək sayda qüsurlu imza səbəbi ilə onu namizədliyini qeydə almayıb.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar