Ru
23:10 / 30 Aprel 2026

İrana ağır zərbə: Rəsmən açıqlandı

İrana ağır zərbə: Rəsmən açıqlandı
Eye

ABŞ-ın İran limanlarını blokadaya alması Yaxın Şərq ölkəsinin neft ixracını kəskin şəkildə azaldıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin məlumatında qeyd olunub.

Analitiklərin fikrincə, 13-25 aprel tarixlərində İran nefti daşıyan yalnız bir neçə tanker Oman körfəzindən yola düşüb. LSEG gəmi izləmə məlumatlarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox azalma deməkdir.

Aprelin ortalarından bəri ABŞ dəniz patrulları həyata keçirir, İranın əsas limanlarını bloklayır və neft ixracına mane olur. Bu, enerji gəlirlərindən çox asılı olan Yaxın Şərq dövlətinin büdcəsinə ciddi təsir göstərib.

Bununla belə, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, İran limanlarının və Hörmüz boğazının blokadası qlobal enerji bazarı üçün də risklər yaradır və onu gündə təxminən 10-12 milyon barel neftdən məhrum edir (Globalinfo.az)



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar