İranda dini rejim bitdi, Güney Azərbaycan necə olacaq? – Sabir Rüstəmxanlı söhbətləri
443
Xalq şairi Sabir Rüstəmxanlının "Bakupost TV"-də müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışı yayımlanıb.
Verilişdə son günlər İranda baş verənlərdən, İran-İsrail-ABŞ gərginliyindən bəhs edilib.
Xalq şairi proqram əsnasında İrandakı soydaşlarımıza qarşı sistemli şəkildə yürüdülən haqsızlıqlardan, mövcud rejimin öz xalqına etdiyi zülmlərdən, bütün qonşularla və İslam ölkələri ilə rəsmi Tehranın düşməncəsinə davranmasından bəhs edib. O qeyd edib ki, İranın düşdüyü hazırkı vəziyyət məhz bu siyasətin nəticəsidir.
Sabir Rüstəmxanlı Güney Azərbaycandakı soydaşlarımızı yaxın gələcəkdə hansı aqibətin gözlədiyindən də söz açıb və tarixi səhvlərin təkrarlanmaması üçün hansı addımları atmalı olduğumuzla bağlı fikirlərini bölüşüb.