Ru
16:53 / 08 Dekabr 2025

İranda vəzifəli qadının evində qətl – Oğul atasını öldürdü

İranda vəzifəli qadının evində qətl – Oğul atasını öldürdü
Eye

İranın Həmədan şəhərində ailədaxili cinayət hadisəsi baş verib. Həmədan əyalətinin İqtisadi Cinayətkarlıqla Mübarizə Təşkilatının rəhbəri və tanınmış dövlət məmuru Mərziyə Yunisinin həyat yoldaşı Rza Mirzayi yaşadıqları evdə ölü tapılıb.

Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, ilkin araşdırmalara görə, hadisədən bir neçə dəqiqə əvvəl ata ilə 28 yaşlı oğlu arasında mübahisə baş verib. Polis hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıb.

Saxlanılan şəxs ilkin ifadəsində atasına bıçaq ilə zərbə vurduğunu və bunu anasını illərdir davam edən zorakılığından qorumaq məqsədi ilə etdiyini deyib.

Bildirilib ki, yaralı ata dərhal xəstəxanaya çatdırılsa da, aldığı ağır xəsarətlər nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar