Ru
13:14 / 08 Yanvar 2026

İrandakı hadisələrin pərdəarxası: Tramp Rza Pəhləviyə tələ qurub?

İrandakı hadisələrin pərdəarxası: Tramp Rza Pəhləviyə tələ qurub?
Eye

ABŞ, daha doğrusu Tramp şah dönəmindən qalan bugünkü rəqəmlərlə təxminən 120 milyard dolların buzunu sındırıb ciddi bir hissəsinə sahiblənmək üçün devrilmiş şahın “istixana”da böyüyən oğlu üzərində əslində çox maraqlı plan qurub. Trampa indi ən çox Rzadan qurtulmaq lazımdır. Bəli, məhz qurtulmaq… Əli İranın dondurulmuş pullarına rahat çatsın deyə. Bunun üçün şahın oğlunu açıq xərclədiyi o qədər aydındır ki…

Bu planın birinci şərti Rzanı İran lideri ola biləcəyinə həvəsləndirmək idi. Baş tutdu. Həvəs şahın oğlunda nə qədər desəz. Amma iqtidar hərisliyi onu taxta yox, dar ağacına aparır. ABŞ-da qulağına pıçıldanan şirnikləndirici sözlər, ətrafında yaradılan ajiotajla o bunu görə bilmir.

Günün birində Xamneyi dözməyib təslim olsa, yeri bilinməsə, sonra səsi Bəşər kimi Moskvadan çıxsa, Ağ Ev Rzanı ağ Boingin bortunda İrana yollasa, İran onu bağrına yox, ən yaxşı halda həbsxanaya basacaq. Çünki, ölkədə legitim prezident var. Bu halda xanədən söhbəti qapanır, ABŞ Rzadan qurtulur.
Plan ikinci aşamaya keçir - real, legitim hakimiyyətlə dialoq başlayır. Nə üzərindən? Təbii ki, işgüzar Tramp üçün hər şeydən öncə don vurmuş 120 milyard üzərindən… Ardınca da İranın neft və digər təbii zənginliklərinin bölüşdürülməsi üzərindən.

Mollaların pulsuz və çulsuz qoyduğu İranın 120 milyardın ABŞ-ın (Trampın) təklif etdiyi hissəsindən çoxuna iddia etmək gücü olacaqmı? Təbii, yox.

İndi Tramp “kral kozır”la - Rza Pəhləvi ilə son həmləsini edib İranın əlini açdırır. Tehranın əli zəifdir. Mənim prognozum 2 “6”, 1 “7”. Sizin?

Aygün Muradxanlı
Şərhlər
  • Sem Dayı, ya kolxoz Qardaş

    İranın üç qardaşı var. Ən yaxını Azərbaycan-Qafqaz, uzaq Orta Asiya, 3cü sevmədiyinin adını belə istəməz? Suveren dövlətimizin iqtisadi-tərəqqisinə azı 5-10 milyonluq (ABŞ dolu ilə) çalışan Baku Steel xərcləri-Sərmayəsi (R.Mehtiyev, R.Məmmədov hesabatını dəqiq bilərlər?) məncə 120 milyonu aşmışdı? Əl-əli yuyub-canlandırar, əllər də bütöv üzü-bədəni yuyar! Məsul ünasibət necə olacaq?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar