Ru
22:30 / 05 Dekabr 2019

“İslamı terrorla yan-yana gətirə bilməzsiniz” – Ərdoğan

“İslamı terrorla yan-yana gətirə bilməzsiniz” –  Ərdoğan
Eye

“İslamçılar arasında terrorçular var deyə, İslamı ləkələyə bilməzsiniz”

“BakuPost”
xəbər verir ki, NATO-nun 70-ci İl Liderlər Zirvəsi üçün Londonda olan Türkiyə prezidenti Kembric Məscidinin açılış mərasimində çıxış edib. Terrorizmin və İslamın yan-yana gələ bilməyəcəyini vurğulayan Ərdoğan, "İslamçılar arasında terrorçular var deyə, İslamı ləkələyə bilməzsiniz. Biz dünyada İŞİD-ə qarşı ən çox mübarizə aparan ölkəyik”.


“İŞİD-çilərin İslamla əlaqəsi yoxdur, onlar bizdən deyillər. İslamdan terrorçu çıxmaz. Kiminsə israrla gündəmdə saxlamağa çalışdığı “İslami terror” şüarını qəbul etmirik. Coğrafiyamızı göz yaşına boğan terrorçuların hamısı eyni zehniyyətin üzvləridir”, - deyə Ərdoğan çıxışında bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar