Ru
12:09 / 25 Dekabr 2025

İstanbulda İŞİD-ə qarşı əməliyyat – Terror hazırlayan 115 şübhəli saxlanıldı

İstanbulda İŞİD-ə qarşı əməliyyat – Terror hazırlayan 115 şübhəli saxlanıldı
Eye

İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı İŞİD-in Yeni il tədbirlərinə qarşı terror aktı hazırlığında olduğu müəyyən edilib. 124-i ünvanda keçirilən əməliyyatlar zamanı barələrində həbs qərarı çıxarılan 137 şübhəlidən 115-i saxlanılıb.

Bakupost.az xəbər verir ki, prokurorluq əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, terror təşkilatı İŞİD-in yaxınlaşan Yeni il tədbirləri zamanı ilk növbədə qeyri-müsəlman şəxslərə qarşı olmaqla hücum planları hazırladığına dair məlumatlar əldə edilib. Terror təşkilatının fəaliyyətləri çərçivəsində hücumla əlaqəsi olduqları müəyyən edilən şübhəlilər barədə beynəlxalq səviyyədə terror cinayətləri üzrə saxlanılma qərarı verilib. Bu gün gecə saat 01:00-da (Bakı vaxtilə 02:00) ümumilikdə 124 fərqli ünvanda eyni vaxtda axtarış və müsadirə tədbirləri həyata keçirilib, 115 şəxs həbs olunub.

Əməliyyatlar nəticəsində xeyli sayda tapança, patron və terror təşkilatına aid çoxsaylı sənədlər müsadirə olunub. Şübhəlilərdən 115-i saxlanılıb. Ələ keçməyən şəxslərlə bağlı axtarış davam etdirilir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar