Ru
22:02 / 25 İyul 2025

Kadırov ölümdən döndükdən sonra ilk paylaşımını etdi

Kadırov ölümdən döndükdən sonra ilk paylaşımını etdi
Eye

Çeçenistan lideri Ramzan Kadırov Bodrumda ölümdən döndüyü ilə bağlı xəbərlərin yayılmasından sonra Teleqram kanalında ilk paylaşımını dərc edib.

Bakupost.az xəbər verir ki,o, paylaşımı Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsir düşən əsgərinə həsr edib.

Mətn Kadırovun adından yazılıb, lakin yazıya əlavə edilən videonun kadrında yer almayıb. Materialın dəqiq nə vaxt hazırlandığı bilinmir. Yazı siyasətçinin kanalında Moskva vaxtı ilə saat 16:11-də görünüb.

Qeyd edək ki, iyulun 25-də Türkiyə mediası Ramzan Kadırovun Bodrumda tətildə olarkən dənizdə boğulduğunu, onun son anda xilas edildiyini yazıb. Məlumata görə, siyasətçi sudan çıxarılıb və ona ilkin tibbi yardım göstərilib. Ardınca Kadırov özəl klinikaya aparılıb. Kadırovun özü və ailə üzvləri yayılan xəbərərə münasibət bildirməyib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar