Ru
15:21 / 25 Fevral 2026

Kafedə PARTLAYIŞ oldu - TƏFƏRRÜAT

Kafedə PARTLAYIŞ oldu - TƏFƏRRÜAT
Eye

Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində xəsarət alan obyekt sahibinin vəziyyəti açıqlanıb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanası və Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, şəxs sonradan Bakıya təxliyə olunub:

"Fevralın 24-ü saat 17:30-da 1969-cu il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bədənin II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Həmin mərkəzdə müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar