Ru
15:36 / 28 Oktyabr 2025

Kənd sakinlərinin yuxusu niyə ərşə çəkilib? - Polis hərəkətə keçdi + VİDEO

Kənd sakinlərinin yuxusu niyə ərşə çəkilib? - Polis hərəkətə keçdi + VİDEO
Eye

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kənd sakinlərinin yuxusu ərşə çəkilib.

Bakupost.az xəbər verir ki, buna səbəb təsərrüfatlara gizlicə girən oğrunun mal-qaranı aparmasıdır.

Müəmmalı oğurluq hadisəsi müşahidə kameralarına düşüb.

Sakinlərin sözlərinə görə, iki kənddən ümumilikdə 28 baş xırdabuynuzlu, 20-dən çox at və 7 baş iribuynuzlu heyvan oğurlanıb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənlərin təsərrüfatlarına baxış keçirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar