Ru
12:03 / 15 Oktyabr 2026

Kənd yumurtası 35 qəpiyə qalxdı

Kənd yumurtası  35 qəpiyə qalxdı
Eye

Azərbaycanda kənd yumurtasının qiymətində son günlər kəskin artım qeydə alınıb. Bir neçə gün əvvəl 20-25 qəpiyə satılan yumurtanın qiyməti 10 qəpik bahalaşıb.

Mövzu ilə bağlı "Bakupost"a Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, kənd yumurtasının qiyməti, adətən, payız aylarından etibarən artmağa başlayır və bu tendensiya aprel-may aylarına qədər davam edir.

Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi soyuq aylarda yumurta istehsalının azalmasıdır:

"Kənd toyuqları yay aylarında gündəlik təxminən 380 min yumurta verdiyi halda, qışda bu göstərici 120 min ədədə qədər düşür. Havaların soyuması, toyuqların açıq havada daha az vaxt keçirməsi və mineral maddələrin əlçatanlığının azalması da yumurtlama səviyyəsinə təsir göstərən amillərdəndir".

Lalə, BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar