Ru
17:09 / 08 Sentyabr 2026

Kərkiyə görə Ermənistanda ciddi dəyişiklər baş verəcək – Erməni deputatın eyhamı...

Kərkiyə görə Ermənistanda ciddi dəyişiklər baş verəcək – Erməni deputatın eyhamı...
Eye

“Armeniya” blokunun deputatı Aqnesa Xamoyan yaxın aylarda və il ərzində Ermənistan ətrafında ciddi siyasi proseslərin gözlənildiyini bildirib.

"Bakupost" xəbər verir ki, müxalifətdən olan deputat Ermənistanın yaxın 10-20 ildə Aİ üzvü olmayacağını vurğulayıb.

Deputat hesab edir ki, yeni Konstitusiyanın qəbulu və Nikol Paşinyanın seçkilərdən sonra Kərki toponimini azərbaycanlılara məxsus ad kimi qəbul etməsi fonunda yaxın 2-3 ay ərzində ciddi dəyişikliklər baş verəcək.

Amma o, bu dəyişikliklərin nədən ibarət olduğunu, nəyə əsasən bu qənaətə gəldiyini bildirməyib.

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, erməni müxalifətinin hansısa bir ciddi siyasi dəyişikliyin baş verməsini arzulaması təbiidir:


“Amerikada Demokrat Partiyası ümid edir ki, aralıq seçkilərlə parlamentdə çoxluğa sahib olacaqlar. Bu mənada erməni deputatın yaxın 2-3 ay ərzində ölkədə ciddi dönüşün baş verəcəyinə ümid etməsi də anlaşılandır”.

Politoloqun sözlərinə görə, əslində Ermənistanda müxalifətçi deputatların arzuladığı ictimai-siyasi dəyişiklik üçün heç bir əsas yoxdur:

“Paşinyan seçkilərdə qələbədən sonra öz mövqeyini yenidən gücləndirməklə məşğuldur. Bu mənada, müxalifətçinin ciddi dönüş barədə dedikləri sadəcə olaraq, tərəfdarlarını ümidləndirmək üçün ortaya atılan vəddir, özü də indiki vəziyyətdə baş tutması mümkün olmayan bir vəd”.

Bu mənada politoloqun fikrincə, erməni müxalifətindən olan nümayəndələr sadəcə olaraq əhaliyə ümid vermək, onları qızışdırmaq üçün belə ifadələr səsləndirirlər:

“Buna deyərlər, “Ac toyuq yuxusunda darı görər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar