2001-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində ümummilli lider Heydər Əliyevlə hərbçilər arasında Azərbaycan dilinin düzgün yazılışı ilə bağlı maraqlı dialoq baş verib.
Bakupost.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Heydər Əliyevin gənc kursanta “kəşfiyyat” sözünü səhv yazdığına görə irad bildirdiyi əks olunur. Belə ki, Ulu öndər “keşfiyyat” formasının düzgün olmadığını vurğulayaraq sözün Azərbaycan dilində “kəşfiyyat” kimi yazıldığını, ləhcə fərqlərinin yazı dilinə təsir etməməli olduğunu diqqətə çatdırıb.
Lalə, BakuPost