Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Elmar oğlu Əsədov DGK-nin aparat rəhbəri təyin edilib.
30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından aparat rəhbərinin müavini vəzifəsində işləyirdi.