Ru
14:15 / 27 May 2026

Kiyevə Belarus təhlükəsi: Lukaşenko nə etməyə çalışır?

Kiyevə Belarus təhlükəsi: Lukaşenko nə etməyə çalışır?
Eye

Ukraynada ciddi uğurlara imza ata bilməyən Rusiya yenidən Belarus tərəfdən Kiyevə zərbələr endirməyi düşünür. Rəsmi Kiyev və Avropa ölkələri liderlərinin narahatlığı belə qənaətə gəlməyə əsas verir.


Mayın 24-də Fransa Prezidenti Emmanuel Makron Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında onu xəbərdar edib ki, ölkəsini Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb etməkdən çəkinsin. O buna gedilərsə, Minsk üçün ciddi risqlər yaradılacağını deyib.


Qeyd edək ki, Makron bu zəngi Zelenskinin Rusiyanın Belarus tərəfdən Ukraynaya hücum təhlükəsi barədə xəbərdarlığı fonunda edib.


Hərbçi ekspert Üzeyir Cəfərov Bakupost.az-a bildirib ki, indiki həssas məqamda Belarus Ukraynaya qarşı bu risqli addımı atmayacaq:


“Minsk bəyan edib ki, təhlükəsizliklərinə təhdid olmasa, Ukrayna müharibəsinə heç bir halda qatılmayacaq. Amma bilirik ki, 2022-ci ildə rus qoşunlarının bir hissəsi məhz Belarus ərazisindən Ukraynaya daxil olmuşdu. Amma Belarusdakı nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirilməsi, keçirilən təlimlər Zelenskini Belarus tərəfdən təhlükə ilə bağlı bəyanat verməyə sövq edib”.


Ekspert Makronun Lukaşenkoya ünvanladığı xəbərdarlığı ciddi xəbərdarlıq kimi dəyərləndirdi:


“Məsələ ilə bağlı Fransa da öz narahatlığını dilə gətirib. Bu narahatlıq da boşuna deyil. Belarusun Qərblə münasibətlərində müəyyən yumşalmalar baş verib. Bir sıra Qərb nümayəndələri Minskə səfər edib. Lukaşenko çoxsaylı siyasi məhbusları azad edib”.


Həmsöhbətimiz düşünür ki, Minski bu məsələdə sona qədər neytral qalmağa çalışacaq:


“Lukaşenko anlayır ki, Ukrayna dronları Rusiyanın dərinliklərini vurursa, onlar üçün daha real təhlükə var. Lukaşenko bu risqdən qaçmaq üçün maksimum çalışacaq ki, Rusiyanın təhdidlərindən yayınsın. Çünki indi 2022-ci ildəki vəziyyət deyil”.


Rüfət Sultan, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar