Ru
11:47 / 01 Dekabr 2025

Könül Vəlibəylinin qızının son durumu açıqlandı

Könül Vəlibəylinin qızının son durumu açıqlandı
Eye

2000-ci il təvəllüdlü Ləman Qulamovanın Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Bakupost.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir.

Qeyd edək ki, Ləman Qulamova Yasamalda baş verən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.


Xatırladaq ki, yanğın noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar