Ru
11:36 / 25 Sentyabr 2026

Lənkəranda atalığı 3 yaşlı uşağı vəhşicəsinə döydü - FOTO

Lənkəranda atalığı 3 yaşlı uşağı vəhşicəsinə döydü - FOTO
Eye

Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb.

“Bakupost” APA-ya istinadən xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar