Xəbər verdiyimiz kimi, Bakıdakı “İdrak” Liseyində odlu silaha cinayət hadisəsi baş verib. Belə ki, 10-cu sinif şagirdi 29 yaşlı riyaziyyat müəllimini ov tüfəngi ilə yaralayıb.
Liseyin qarşısında toplaşan valideynlərdən Heydər Cəfərov jurnalistlərin suallarını cavablandırıb. Liseyə daxil olan uşaqların yoxlanıldığını deyən valideyn, silahın binaya necə keçirildiyi sualına, “Göürünür necəsə keçib” cavabını verib.
Uşağın yaşı ilə bağlı məlumatının olmadığını deyən valideyn, silahın ov tüfəngi olduğunu təsdiqləyib. Valideyn liseydə uşaqların pxisoloji vəziyyəti ilə bağlı işlərin aparıldığını deyib. Uşağın kimliyi ilə bağlı suala, “Bu barədə məlumatlar istintaq bitəndən sonra açıqlanacaq. Polis hazırda araşdırma aparır”, – deyə bildirib.
Cavid, BakuPost