Ru
10:59 / 06 Fevral 2026

"İdrak" liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama - YENİLƏNDİ

"İdrak" liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama - YENİLƏNDİ
Eye

11:05

Güllə müəllimənin boyun nahiyəsinə dəyib.


Bakupost.az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, Ş.K "İdrak" liseyinin direktor müavini olub.


***

10:49

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.


Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında hadisənin səbəbini deyib:


"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".

Xəsarət alan qadın riyaziyyat müəllimi Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ilə bağlı yaxın dəqiqələrdə açıqlama veriləcək.



***

10:31

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.


Bakupost.az Unikal-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar