Karlos Tevezin vida matçında Lionel Messi də iştirak edəcək.
"Bakupost" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Argentina millisinin sabiq hücumçusunun şərəfinə təşkil olunacaq qarşılaşma dekabrın 20-də “Boka Xuniors”un stadionunda keçiriləcək.
Təşkilatçılar artıq ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messinin tədbirdə iştirakını rəsmən təsdiqləyiblər.
Vida matçına Serxio Aquero, Martin Palermo, Canluici Buffon, Rio Ferdinand və Leandro Paredes də dəvət olunublar.
Tevez İngiltərənin “Mançester Yunayted” klubunda birgə çıxış etdiyi Kriştianu Ronaldunu da vida matçında görmək istəyir. Lakin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayan portuqaliyalı hücumçunun iştirakı hələ dəqiqləşməyib.