Ru
23:48 / 23 Mart 2026

Litvada naməlum PUA partladı – Belarusdan uçduğu ehtimal olunur

Litvada naməlum PUA partladı – Belarusdan uçduğu ehtimal olunur
Eye

Litvanın cənubunda yerləşən Lavisas kəndində naməlum pilotsuz uçuş aparatının (PUA) partlayışı qeydə alınıb.

Bakupost.az “Lrt.lt” saytına istinadən xəbər verir ki, hadisə bu gün 23 mart gecə saatlarında baş verib. Litva Milli Böhran İdarəetmə Mərkəzi yayımladığı məlumatda, əvvəlki ilkin məlumatlara əsasən gecənin bir vaxtı naməlum obyektin (PUA ehtimal olunur) Litva sərhədini keçərək Varena rayonundakı Lavisas gölü yaxınlığında yerə düşdüyü və partladığı qeyd olunur.

Litva Silahlı Qüvvələrinin nümayəndəsi Gintautas Çunis bildirib ki, obyekt radarlarda qeydə alınmayıb və sərhədçilər tərəfindən də aşkarlanmayıb. Yerli sakinlər bildiriblər ki, səmanın üzərində vızıldayan səs eşidiblər, ardınca partlayış baş verib. Litva ordusu hadisə yerində dron qalıqlarının tapıldığını təsdiqləyib.

Rəsmi məlumatda PUA-nın haradan gəldiyi ilə bağlı ilkin versiyalardan biri də Belarus ərazisidir. Partlayış yeri Belarus sərhədindən 25–30 km məsafədə yerləşir. Hadisə ilə əlaqədar hələlik xəsarət alanlar və ya ziyanla bağlı məlumat yoxdur.

Litva ordusunun ilkin açıqlamalarında bildirilir ki, bu tip “PUA insidentləri” ölkənin təhlükəsizlik qurumları tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirləri gücləndirilir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar