Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat yayıb.
Bakupost.az slavicsac.com saytına istinadən xəbər verir ki, qurumun məlumatına görə, Sərkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində yaydığı məlumata əsasən, o, daha əvvəl qadağan olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.
ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.
Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir.