Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb.
Bakupost.az xəbər verir ki, bu barədə Belarus prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, əfv olunanlar arasında Belarus müxalifətinin liderlərindən olan Mariya Kolesnikova da var.
Qeyd olunub ki, azadlığa çıxan şəxslər daha əvvəl casusluq, terrorçuluq, ekstremist fəaliyyət və digər maddələrlə məhkum ediliblər.
Xatırladaq ki, Lukaşenko son vaxtlar Böyük Britaniya, ABŞ, Litva, Ukrayna, Latviya, Avstraliya və Yaponiya vətəndaşları da daxil olmaqla ümumilikdə 156 nəfəri əfv edib.