Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.
Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsi tamamilə əsaslı irad olduğunu bildirib.
“Çünki “orta aylıq əməkhaqqı” ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub”, deyə o qeyd edib.
İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:
“Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.
Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın”.
İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:
“Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək”.
Ailə başçısın itirməyə görə 140 azn verirlər. Ay Allahfan qorxmayan vəhşilər balaca uşağın mən necə ssxlayım 140 azn. Uşağımı qoyub işədə gedə bilmirəm. Hər gün ah nalə edirəm pensiyanı az edənlərə
Bes bu ilde edilecek islahatlar? Qanunla ilxe 1 defeden az olmayaraq yaziblar.
Əyər pensiyalar yanvar aylnda artacaqsa indidən təbil vurub qiymətlərin 50 faizdən yuxarı qalxmasına şərait yaradırsınız.Bu düzgün metod deyil.Kabinetdən çıxın görün qiymətlə alacağımız düz mütənasibdir ta yox
Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.
Maaş və pensiyaları artırmaq əvəzinə inflyasiyanın qarşısını almaq lazımdır. Bundan ötrü :1) mütərəqqi vergi sistemi tətbiq edilməlidir. 2) çökməkdə olan kənd təsərrüfatını qaldırmaqdan ötrü tədbirlər görülməlidir. 3)cərimlər azaldılmalıdır. 4)kiçik və orta biznesin inkişafından ötü ciddi tədbirlər görülməlidir. 4) Azərbaycanı xarici investorlar üçün maraqlı etmək lazımdır, 5) turizmin inkişafı üçün ciddi tədbirlər görmək lazımdır. 6)rayonları birləşdirmək (məsələn, Sabirabad +Saatlı və s.) inzibati xərcləri azalmaq lazımdır.
*Global.info*nun gözlənən növbəti Maaş və *Pensiya* artımları sualına rəsmən məsul cavabdeh olmayan şəxs təbii ki, savadlı mütəxəssis olsa da, fəaliyyətin yekun rəqəmlərindən məlumatsız təqribi də doğu xəbər verməsi mümkün deyil? Rəsmən məsul ƏƏSMNazirliyinə üst Sosial İnstitut, İnsan Haqqları Komitəsi, Həmkarlar Konfederi də var! Müasir elektron-hesablayıcı vasitələr ildə bir deyil, hər Rüb, eləcə pensiyadan sonra işləyənlərin pensiyasını niyə 6 ildən sonra, hər rüb olmasa da, hər il yenidən, elə illik hesabatın nəticələrinə görə yenidən hesablamaq asan və mümkündür. Hamı sosial yüksəliş, rifah naminə çalışır, ancaq maddi-texniki və digər natural məhsul istehsalı artımını ciddi mülhaizə edənlər çoxmu? Azərbaycan Dünyəvi Texniki-İqtisadi Güclü Rəqabətə malik ABŞ ticarət rüsumlarını, azalan enerji sərvətlərinin qiymətlərini, layihə və ziyan-zərərlərə təzminat iddia etsin?