Ru
13:14 / 08 Yanvar 2026

Masallıda 34 yaşlı kişi əməliyyat zamanı öldü

Masallıda 34 yaşlı kişi əməliyyat zamanı  öldü
Eye

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.

Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.

Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar