Ru
13:04 / 20 Noyabr 2025

“Mən İsa Peyğmbər deyiləm” – Matç satmaqda ittiham olunan məşqçidən sərt reaksiya

“Mən İsa Peyğmbər deyiləm” – Matç satmaqda ittiham olunan məşqçidən sərt reaksiya
Eye

2026 Dünya Çempionatının pley-off mərhələsində Rumıniya Milli Komandasının baş məşqçisi Mirça Luçeskunun açıqlamaları futbol aləmində təlatüm yaradıb.

Rumıniya dünən axşam doğma divarlar arasında San Marinonu 7–1 hesabı ilə məğlub edib və 13 xalla “H” qrupunu 3-cü pillədə tamamlayıb.

2000-ci illərin əvvəllərində “Qalatasaray” və “Beşiktaş” komandaları ilə Türkiyə çempionu olmuş və Avropa Super Kubokunu qazanmış Luçesku görüşdən sonra keçirdiyi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Bakupost.az rumın mediasına istinadən xəbər verir ki, Luçesku onu oyun satmaqda və “Securitate” (Rumıniyanın kommunist rejimi dövründəki gizli polis idarəsi) ilə əməkdaşlıq etməkdə ittiham edənlərə sərt cavab verib.

Təcrübəli futbol adamı həm məşqçilik, həm də futbolçu karyerası boyunca qazandığı nəticələri yada salaraq yalnız rumın futbolunun inkişafına fokuslandığını deyib:

“Milli komandaya çox önəm verdim. Mənim vəzifəm ehtiyac duyulduqda orada olmaqdır. Bir sərhəd var, keçilməyəcək qırmızı xətt. Mənim etdiyimi 2 min ilə edə bilməzlər. Deyirlər ki, oyunları “Securitate”yə satmısan. Mən yalnız bir şey etdim – rumın futbolunun inkişafına fokuslandım. Heç kim məni qova bilməz. Bacarmasam özümü gedəcəyəm”.

Rumıniya millisindəki işinə davam edib-etməyəcəyi sualına cavab olaraq baş məşqçi milli komandada qalacağını, mart ayında keçiriləcək pley-off matçlarında da vəzifəsinin başında olacağını bildirib: “Sabah püşkatma mərasiminə gedirəm”.

80 yaşlı futbol mütəxəssisi pley-off mərhələsində hansı komandası ilə qarşılaşmaq istədiyi haqda verilən suala belə cavab verib:

“Bu, mənim seçimimdən asılı deyil. Oynamalıyıq, qalib gəlmək üçün nə lazımdırsa etməliyik. Mən İsa peyğəmbər deyiləm, möcüzə yarada bilmərəm. Marta qədər görəcəyik, püşkatmaya gedirəm. Hər şeyin məsuliyyətini öz üzərimə götürmək istəyirəm, oyunçularımı rahat buraxın”.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar