Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik futboldan kənarlaşdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbolçunun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Həmçinin, Azərbaycan millisinin daha iki keçmiş futbolçusu - Emre Kaplan və Murad Cem Akpınar da eyni səbəbdən 45 günlük futboldan diskvalifikasiya ediliblər.
Bundan əlavə, "Qalatasaray" klubundan Eren Elmalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.
Məlumata görə, E.Elmalı 45 gün, M.Baltacı isə 9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mert Çelik Azərbaycanda "Neftçi" və "Səbail"də də çıxış edib. Əmrə Kaplan Azərbaycanın U-19, U-21, Murad Cem Akpınar isə U-17 millisində forma geyiniblər.