Ru
17:53 / 27 Dekabr 2025

Məşhur liseyin müəllimi dəhşətli qəza törətdi: Ölən və xəsarət alanlar var - VİDEO

Məşhur liseyin müəllimi dəhşətli qəza törətdi: Ölən və xəsarət alanlar var - VİDEO
Eye

Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb.

Bakupost.az xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.

Avtomobildə sürücüdən əlavə bir neçə qadın sərnişinin olduğu, onlardan birinin öldüyü bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də Biləsuvarda avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölmüşdü.

Asena,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar