Ru
23:59 / 07 İyul 2026

Məşhur mağazalardan 4345 AZN-lik paltar oğurlayan qadına HÖKM ÇIXARILDI

Məşhur mağazalardan 4345 AZN-lik paltar oğurlayan qadına HÖKM ÇIXARILDI
Eye

Bakıda geyim mağazalarından 4345 manatlıq paltar oğurlayan qadına hökm oxunub.

"Bakupost" Xitab24.az-a istinadla xəbər verir ki, 42 yaşlı qadın “Crescent Mall” və “28 Mall”dakı “Massimo Dutti”, “Oysho” və “Stradivarius” mağazalarından ümumilikdə 4345 manat dəyərində paltar oğurlayıb.

O, özü ilə gətirdiyi xüsusi dəmir alətlə paltarların üzərindəki mühafizə maqnitlərini çıxarıb. Həmin açarı isə Bakıda bir mağazadan 20 manata aldığını deyib.

Oğurladığı geyimləri tanışlarına mağazada işləyən rəfiqələri vasitəsilə endirimlə aldığını söyləyərək satıb.

Son oğurluqdan sonra “28 Mall”ın çıxışında təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə qadın 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar