Finlandiyanın “Fortum” dövlət şirkəti Sovet dövründə yüksək vəzifəli qonaqları qəbul edən Juusluoto adasını satmaq qərarına gəlib.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, adanın qiyməti 4,8 milyon avrodur (təxminən 9,14 milyon manat- red.).
25 hektarlıq ərazi bir vaxtlar “Neste” neft şirkətinə məxsus olub və ada xaricdən gələn rəhbərlərlə görüşlər üçün istifadə olunub.
Məsələn, 1961-ci ildə sonradan SSRİ-nin lideri olacaq Leonid Brejnev burada olub. Onu o vaxtkı Finlandiya prezidenti Urho Kekkonen dəvət edib. Daha sonra Səudiyyə Ərəbistanının neft naziri Əhməd Zəki Yamani 1979-cu ildə, BMT-nin keçmiş baş katibi Kofi Annan isə 2007-ci ildə adaya səfər ediblər.
Bildirilir ki, Almaniya, ABŞ və Hindistandan olan müştərilər adanı almağa maraq göstərirlər.
Rüfət Sultan,
BakuPost