Ru
18:05 / 20 Avqust 2026

“Meta”, “Microsoft”a milyonlar ödəyir

“Meta”, “Microsoft”a milyonlar ödəyir
Eye

“Meta Platforms”un “Microsoft”un süni intellekt xidmətlərindən istifadə üçün ildə yüz milyonlarla dollar xərclədiyi bildirilir.

“Bakupost” xəbər verir ki,”Meta” “Microsoft”un “Azure” bulud xidməti vasitəsilə süni intellekt modellərinə çıxış əldə edir və hər həftə trilyonlarla token istifadə edir.

“Meta” öz süni intellekt modellərini inkişaf etdirsə də, proqram təminatının hazırlanması zamanı digər şirkətlərin modellərindən də yararlanır.

Mənbələrdən biri “Meta”nın öz modellərinin nəticələrini qiymətləndirmək üçün “Microsoft”un platforması vasitəsilə “OpenAI” texnologiyasından istifadə etdiyini bildirib.

“Microsoft”un “Foundry” platformasında 100 mindən çox müştərinin olduğu qeyd edilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar