“ABŞ-də “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüş keçirdik”.
Bakupost.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədəki hesabında yazıb.
“Görüşdə Azərbaycanın “Meta” ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi apardıq”, – deyə nazir fikrini yekunlaşdırıb.
Xatırladaq ki, “Meta” Mark Zukerberqin təsis etdiyi və “Facebook”, “Instagram”, “WhatsApp” kimi platformaları ilə sosial media və metaverse texnologiyalarında fəaliyyət göstərən ABŞ şirkətidir.