Ru
15:15 / 06 Avqust 2026

“Meta”dan yeni kodlaşdırma agenti: Daha ucuz satılacaq

“Meta”dan yeni kodlaşdırma agenti: Daha ucuz satılacaq
Eye

“Meta” süni intellekt sahəsində rəqabəti gücləndirəcək yeni “Muse Code” adlı kodlaşdırma agentini təqdim edib.

“Bakupost” xəbər verir ki, şirkət yeni məhsulun “OpenAI” və “Anthropic”in analoji həlləri ilə müqayisədə daha münasib qiymətə təqdim olunacağını açıqlayıb.

“Muse Code” istifadəçilərə birbaşa kod yazmadan layihələr hazırlamağa və proqram təminatı üzərində işləməyə imkan verən süni intellekt əsaslı kodlaşdırma agentidir.

“Meta” son dövrlər süni intellekt sahəsinə qoyduğu böyük investisiyalardan gəlir əldə etməsi ilə bağlı investorların təzyiqi ilə üzləşib. Şirkətin səhmləri ötən həftə açıqlanan maliyyə hesabatından sonra 10% ucuzlaşıb.

Yeni məhsulla “Meta” süni intellekt bazarında mövqeyini gücləndirməyi və “OpenAI” ilə “Anthropic”ə qarşı rəqabəti artırmağı hədəfləyir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar