Ru
11:37 / 31 Yanvar 2026

Motosiklet avtomobilə çırpıldı

Motosiklet avtomobilə çırpıldı
Eye

Paytaxtda yolun hərəkət istiqamətində maşını saxlayaraq qəfil qapını açan sürücü qəzaya səbəb olub.


Bakupost.az "Unikal"-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Karl Hüseyn küçəsində baş verib. İdarə etdiyi "BMW" markalı avtomobili dayandıraraq qapını açan sürücünün səhlənkarlığı nəticəsində yoldan ötən motosiklet həmin qapıya çırpılıb.

Xoşbəxtlikdən hadisə özəl tibb müəssisəsinin qarşısında baş verib və müxtəlif bədən xəsarətləri alan motosikletçiyə yardım edilib.

Faktla bağlı araşdırma başlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar