İsveçin yeni təyin olunmuş səhiyyə naziri Elizabet Lannın halı keçirdiyi ilk mətbuat konfransı zamanı pisləşib.
Bakupost.Az xəbər verir ki, bu barədə "Aftonbladet" nəşri məlumat yayıb.
Məlumata görə, nazir jurnalistlərlə söhbəti zamanı huşunu itirərək yerə yıxılıb. Lann salondan çıxarılıb. Bir neçə dəqiqədən sonra o geri qayıdıb.
"Bu, heç də adi çərşənbə axşamı deyildi, qan şəkərinizin səviyyəsi aşağı düşəndə belə ola bilər", - deyə Lann hadisəni şərh edib.