Ru
11:34 / 26 Mart 2026

Neft tankerinin vurulmasına Türkiyədən REAKSİYA

Neft tankerinin vurulmasına Türkiyədən  REAKSİYA
Eye

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu 140 min ton neft yüklü tankerdə partlayışın xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını deyib.

“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ALTURA xam neft tankeri Qara dənizdə dronla vurulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar