Ru
20:28 / 11 Mart 2026

Neftin qiyməti ilə bağlı BƏYANAT: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun!

Neftin qiyməti ilə bağlı BƏYANAT: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun!
Eye

Dünya bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olmalıdır.

Bakupost.az xəbər verir ki, bunu İran hərbi komandanlığı bəyan edib.

Bu bəyanat blokadaya alınmış Fars körfəzində daha üç gəminin hücuma məruz qalmasından sonra səsləndirilib.

Çərşənbə günü İran İsrailə və Yaxın Şərqdəki digər hədəflərə zərbələr endirib. Bununla Tehran hələ də cavab zərbəsi endirmək və enerji daşıyıcılarının tədarükünü pozmaq imkanına malik olduğunu nümayiş etdirib.

Qeyd eədk ki, həftənin əvvəlində kəskin artan neft qiymətləri sonradan aşağı düşüb, fond bazarları isə bərpa olunub.

Lakin Dünya neftinin beşdəbirinin daşındığı Hörmüz boğazından gəmilərin təhlükəsiz keçə biləcəyinə dair hələ də heç bir əlamət yoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar