Bakıda avtomobildən meyit tapılıb. Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 1-i saat 17 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
“Renault” markalı avtomobildə 55-60 yaşlı şəxsin meyiti aşkarlanıb. Ölən şəxsin paytaxt sakini 1960-cı il təvəllüdlü Fikrət Hüseynov olması müəyyən edilib.
Mərhumun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.