Ru
20:32 / 17 Mart 2026

Netanyahu İran xalqını təbrik etdi

Netanyahu İran xalqını təbrik etdi
Eye

İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı davam edən əməliyyat fonunda İran xalqına Novruz bayramı münasibətilə təbriklərini çatdıran video müraciət yayımlayıb.

Bakupost.az xəbər verir ki, müraciət ökumət başçısının "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

Onun sözlərinə görə, 2026-cı ildə bu bayram "xüsusi əhəmiyyət kəsb edir".

"Mən bu fürsətdən istifadə edərək sizə xoşbəxt Novruz - azadlıq ili, hamınız üçün yeni ümid başlanğıcı arzulayıram, əziz dostlar", — deyə Netanyahu bildirib.

Novruz - bir çox Şərq xalqları üçün yenilənmə, təbiətin bahar oyanışı və yeni ilin başlanğıcı bayramıdır. O, insanlara şadlıq, birlik və ümid atmosferi bəxş edir. Bu bayramı qeyd etmək ənənəsi müxtəlif dövlətləri birləşdirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar