“Niyə Qarabağa “Artsax” deyirsiniz, başa düşmək istəyirəm, bəs niyə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları veriləndə özünüzü pis hiss edirsiniz?”
Bakupost.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistə müraciətində bildirib.
Simonyanın özünün də vaxtilə “Artsax” dediyi xatırladıldıqda, “səhv etmişəm” cavabını verib.
“Qarabağ Azərbaycan ərazisidir”, - o əlavə edib.
Simonyan üzərində Ermənistanın xəritəsi olan nişanını göstərərək qeyd edib ki, həmin xəritədə Türkiyə qərbdə, Azərbaycan şərqdə, İran cənubda, Gürcüstan isə şimalda yerləşir və Cavaxetiya da Ermənistan yox, Gürcüstan ərazisidir.
“Belə şeylər deyərkən qarşı tərəfdən adekvat cavab alanda təəccüblənməyin”, - parlament sədri vurğulayıb.(Teleqraf)