Ru
16:03 / 19 Avqust 2026

“Nvidia”dan 105 milyard dollarlıq zəmanət

“Nvidia”dan 105 milyard dollarlıq zəmanət
Eye

“Nvidia”, “OpenAI”nin ABŞ-nin Ohayo ştatında quracağı nəhəng məlumat mərkəzinin maliyyələşdirilməsinə 105 milyard dollara qədər zəmanət verəcək.

“Bakupost” xəbər verir ki, “Nvidia” layihəni həyata keçirən “SB Energy” şirkətinə də 1,5 milyard dollar investisiya yatıracaq.

“OpenAI” məlumat mərkəzini 20 il müddətinə icarəyə götürəcək. “Nvidia” isə obyektin əsas və eksklüziv çip təchizatçısı olacaq. Mərkəzin ümumi gücünün 8 giqavatta çatdırılması, ilk 800 meqavatlıq hissənin isə 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

“Nvidia”nın 105 milyard dollarlıq zəmanəti layihənin bütün xərclərini əhatə etmir. Zəmanət əsasən icarə və enerji ödənişlərinin müəyyən hissəsinə, eləcə də obyektin minimum dəyərinin qorunmasına yönəlib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar