Ru
12:05 / 23 Mart 2026

Nyu-Yorkda təyyarə yanğınsöndürən maşınla toqquşdu: Pilotlar öldü, yaralananlar var - VİDEO

Nyu-Yorkda təyyarə yanğınsöndürən maşınla toqquşdu: Pilotlar öldü, yaralananlar var -  VİDEO
Eye

Nyu-Yorkun "LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsi yerüstü nəqliyyat vasitəsi ilə toqquşub.

Bakupost.az xəbər verir ki, bu barədə "Flightradar" "X"də məlumat verib.

"New York Post" qəzetinin məlumatına görə isə təyyarə yanğınsöndürmə maşını ilə toqquşub. Toqquşma nəticəsində pilotlar həlak olublar. Təyyarədə təxminən 100 sərnişin olub və onların vəziyyəti qiymətləndirilir. Avtomobildə olan dörd yanğınsöndürən isə ağır xəsarət alıb.

Məlumata görə, hava limanı (LGA) "Air Canada Express" "CRJ-900" təyyarəsinin yerüstü nəqliyyat vasitəsi ilə toqquşmasından sonra bağlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar