Sabiq ABŞ Prezidenti Barak Obama demokratların 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə bilərəkdən yalan məlumatlar yaymaqla cinayət törədib.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərə bildirib.
"O, cinayət törədib, bu barədə heç bir sual ola bilməz", - Tramp söyləyib.
Jurnalistlər həmçinin ondan, keçmiş dövlət başçılarının hüquqi təqibdən qismən immunitetinin olmasının Obamaya kömək edib-etməyəcəyi barədə soruşublar.
"Bu, ehtimal ki, ona çox kömək edəcək, lakin onu əhatə edən insanlara kömək etməyəcək", - ABŞ administrasiyasının başçısı qeyd edib.